Tarixin ən güclü 11-liyi kimlərdir? - Süni intellektə görə futbol tarixinin ən güclü KOMANDASI

Xəbərlər
4 Noyabr 2025 18:48
47
Tarixin ən güclü 11-liyi kimlərdir? - Süni intellektə görə futbol tarixinin ən güclü KOMANDASI

Süni intellekt sistemi futbol tarixinin bütün dövrlərini analiz edərək ən güclü oyunçulardan ibarət ideal komandanı müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, alqoritm minlərlə matçın statistik göstəricilərini, fərdi nailiyyətləri, qazanılan titulları və mütəxəssislərin rəylərini nəzərə alaraq qapıçıdan hücumçuyadək tarixin ən güclü 11 futbolçusunu seçib.

Qapıçı

- Lev Yaşin (SSRİ) – tarixdə “Qızıl top” qazanmış yeganə qapıçı. Oyunu oxuma bacarığı və refleksləri ilə futbol tarixində unikal fiqurdur.

Müdafiə

- Kafu (Braziliya) – ikiqat dünya çempionu, sağ cinahda dayanıqlılığın simvolu.
- Frans Bekkebauer (Almaniya) – libero mövqeyini yaradan lider, Almaniyanı dünya çempionu edib.
- Paolo Maldini (İtaliya) – zəkası və mövqedə doğru qərar vermə bacarığı ilə əfsanə.
- Roberto Karlos (Braziliya) – sol cinahda partlayıcı sürəti və güclü zərbəsi ilə tanınır.
Yarımmüdafiə
- Xavi Ernandes (İspaniya) – “tiki-taka” sisteminin beyni, İspaniyanın dünya və Avropa çempionu.
- Dieqo Maradona (Argentina) – texnika, liderlik və yaradıcılığın birləşməsi. 1986-cı ildə Argentina ilə dünya çempionu.
- Zinəddin Zidan (Fransa) – oyunu diktə edən, zərif texnikası ilə fərqlənən komanda lideri.

Hücum

- Lionel Messi (Argentina) – rekordçuluğu, driblinqi və baxımlı oyunu ilə süni intellektin hesablamalarına görə XXI əsrin ən güclü futbolçusu.
- Pele (Braziliya) – üçqat dünya çempionu, “futbolun kralı” kimi tarixə düşüb.
- Kriştianu Ronaldu (Portuqaliya) – fərqli liqalarda titullar qazanmış, statistik göstəriciləri ilə müasir futbolun ən məhsuldar oyunçusu.

Baş məşqçi

Süni intellektin hesablamalarına görə, Aleks Ferquson (Şotlandiya) futbol tarixinin ən uğurlu baş məşqçisidir. O, “Mançester Yunayted”lə 13 dəfə İngiltərə çempionu olub və bir neçə nəsil futbolçunu formalaşdırıb.

Alternativ variantlar arasında Pep Qvardiola və Rinus Mixels də yer alır.

Beləliklə, süni intellektin yaratdığı ideal komandanın oyun sxemi 4–3–3 formatındadır. Hücum xəttində Pele, Lionel Messi və Kriştianu Ronaldu yer alır. Yarımmüdafiə xəttini Zinəddin Zidan, Dieqo Maradona və Xavi Ernandes təşkil edir. Müdafiədə Roberto Karlos, Paolo Maldini, Frans Bekkebauer və Kafu çıxış edir. Qapını isə əfsanəvi Lev Yaşin qoruyur.

Qeyd edək ki, alqoritmin yaratdığı bu “Əfsanələr komandası” futbolun tarixi inkişafını və müxtəlif dövrlərin ən parlaq ulduzlarını bir araya gətirərək həm texniki, həm taktiki, həm də emosional baxımdan ideal heyət kimi qiymətləndirilir.

Yusif Sadıqlı

İdman.Biz