Xabi Alonso gənc futbolçunun transferinə israr edir

Xəbərlər
4 Noyabr 2025 09:54
35
Xabi Alonso gənc futbolçunun transferinə israr edir

Madridin “Real” klubu “Kristal Pelas”ın ingiltərəli yarımmüdafiəçisi Adam Uortona ciddi maraq göstərir.

İdman.Biz bu barədə “El Nacional” nəşrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubunun” baş məşqçisi Xabi Alonso 21 yaşlı futbolçunu Toni Krosun varisi hesab edir və onun transferinin həyata keçirilməsində şəxsən israrlıdır.

İspaniya nəhəngi gənc ingilislə müqavilə bağlamaq üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.

Cari mövsümdə Uorton bütün turnirlərdə 13 oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb. Futbolçunun “Kristal Pelas”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri də 60 milyon avro təşkil edir.

İdman.Biz

Məqalədə: