Misli Premyer Liqası: Turun sonuncu matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək

Xəbərlər
3 Noyabr 2025 09:09
51
Misli Premyer Liqası: Turun sonuncu matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək

Bu gün Misli Premyer Liqasının X turuna yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, sonuncu matçda “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Qarşılaşma saat 19:30-da start götürəcək. Meydan sahibləri 15 xalla altıncı, qonaqlar 5 xalla onuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
I dövrə, X tur
3 noyabr
19:30. “Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bank Respublika Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz” “Şamaxı”nı (2:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (3:2) məğlub edib.

İdman.Biz

Məqalədə: