Almaniya Bundesliqasının 9-cu turunda keçirilən oyunda “Hoffenheim” səfərdə “Volfsburq”a 3:2 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Vauter Byurqer dubl edib, bir qolu isə Qrişa Premel vurub.
Qonaqların heyətində Mohamed Amura iki dəfə fərqlənib.
Qeyd edək ki, hazırda “Hoffenheim” 16 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib, “Volfsburq” isə 8 xalla 12-ci yerdə qərarlaşıb.
Növbəti turda “Hoffenheim” evdə “Leyptsiq”, “Volfsburq” isə səfərdə “Verder” ilə qarşılaşacaq.
