Azərbaycanlı hücumçu Mahir Emreli Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern” növbəti oyununda da heyətə daxil edilməyib.
İdman.biz xəbər verir ki, Emrelinin komandası XI tur çərçivəsində səfərdə Düsseldorf “Fortuna”sına qarşı oyunayıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Emreli son dəfə avqustun sonunda – çempionatın 3-cü turunda meydana çıxıb. O vaxtdan bəri forvard heç bir oyunda forma geyinməyib.
Xatırladaq ki, Mahir Emreli yayda “Nürnberq”dən “Kayzerslautern”ə keçib. O, bundan öncə Polşanın “Legiya”, Xorvatiyanın “Dinamo” və Türkiyənin “Konyaspor” klublarında da çıxış edib.
