“Nottinqem Forest”in baş məşqçisi Şon Dayç İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted”lə (2:2) keçirilən oyundan sonra hakimlik qərarlarını sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə “The Sun”a açıqlamasında deyib.
Onun sözlərinə görə, şübhəli künc zərbəsinin təyin edilməsi komandaya bu həftə ikinci dəfə xal itkisinin başa gəlməsinə səbəb olub. Qarşılaşmanı Darren İnqlandın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Oyunu şərh edən baş məşqçi bildirib ki, bir həftə ərzində iki dəfə onların əleyhinə yanlış qərarlar verilib: "Hakimlər həqiqi künc zərbəsi olmayan epizodlarda künc təyin edirlər - bu, çox ağırdır. Bu, açıq-aşkar səhv idi. Biz turnir cədvəlində qalmaq uğrunda mübarizə aparırıq və belə hallar bizim zərərimizə olmamalıdır. Əgər VAR belə epizodları da yoxlaya bilsəydi, oyun daha ədalətli olardı”.
Qeyd edək ki, 10 turdan sonra “Nottinqem Forest” Premyer Liqa cədvəlində 6 xalla 18-ci pillədədir. “Mançester Yunayted” isə 17 xalla 7-ci yeri tutur.
