Apellyasiya Arbitraj Tribunalı "İmişli" klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarı qüvvədə saxlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bölgə təmsilçisi apellyasiya şikayəti versə də, AFFA İntizam Komitəsinin qərarı olduğu kimi qalıb.
Qeyd edək ki. Misli Premyer Liqasının IV turunda "Sumqayıt"ı məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət verilib. Buna həmin matçda adı protokolda olmayan futbolçunun meydana çıxması səbəb olub.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    