Seriallarda canlandırdığı rollarla Yaxın Şərqdə məşhurluq qazanan tanınmış Türkiyə aktrisası Hande Erçel Qətər Turizminin yeni reklam çarxında yer alıb.
İdman.Biz xəbər verir ki, tanınmış aktrisa bu reklamda futbol əfsanəsi Devid Bekhem və bir çox məşhurlarla kamera qarşısına keçib.
Onların arasında tennis üzrə dünya çempionu Ons Jaber, yapon aşpaz və restoran sahibi Nobu Matsuhisa, uzun məsafəyə qaçış üzrə Olimpiya və dünya çempionu Sir Mo Fara, eləcə də hind rok ulduzu Anirudh Ravichander də var.
Çəkilişləri Hamad Beynəlxalq Hava Limanının terminalında aparılan reklam çarxı yayımlandıqdan sonra böyük maraq doğurub. Sözü gedən reklam, həmçinin qısa müddət ərzində "X" platformasında (keçmiş Twitter) Türkiyə gündəminin zirvəsində yer alıb.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    