Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Dəkkə şəhərində "FIFA Tri Nations Women's Football Series 2025" adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.
Yığma noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq. Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    