Anar Hacıyev: “Qara bazar problemi diqqətlə izlənilir” - VİDEO

Xəbərlər
31 Oktyabr 2025 16:35
68
Anar Hacıyev: “Qara bazar problemi diqqətlə izlənilir” - VİDEO

“İndiyədək 27 250 bilet satılıb və müəyyən sayda VIP biletlər də daxil olmaqla satış prosesi davam edir”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, bilet satış prosesinin daim nəzarətdə saxlanıldığını bildirib.

“Bəzi azarkeşlər bileti ala bilmədiklərini bildirirlər, lakin eyni zamanda bir çoxları iki-üç və ya daha çox bilet aldığını qeyd edir. Bu, təbii haldır, çünki oyuna böyük maraq var. Təəssüf ki, yerlər məhduddur və hər kəs üçün bilet çatmır”, - deyə klub rəsmisi vurğulayıb.

Anar Hacıyev əlavə edib ki, qara bazar problemi də diqqətlə izlənir, lakin bir şəxsin bir neçə bilet almasının qarşısını tam şəkildə almaq mümkün deyil.

Məlumata görə, “Çelsi” ilə qarşılaşma üçün bilet satışına rekord səviyyədə maraq qeydə alınıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz

Məqalədə: