Misli Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”ı qəbul edəcək “Sumqayıt”ın baş məşqçisi Saşa İliç əsas futbolçularından birini Naxçıvan təmsilçisinə qarşı oynada bilməyəcək.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, bu, komandanın kapitanı Səbuhi Abdullazadədir.
Səbuhi ötən tur “Zirə” ilə səfər oyununda (0:1) 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sabah” - “Qəbələ” oyunu noyabrın 2-də keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.
