“Şəki Siti” II Liqa komandası olmasına baxmayaraq, heyətlərində Premyer Liqa təcrübəsi olan futbolçular var”.
Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində “Şəki Siti”yə qalib gələn “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov matçı şərh edib:
“Oyunda 1:0 hesab ilə öndə olarkən qol epizodlarımız oldu, yararlana bilmədik. Əvəzində isə rəqib fərqləndi. Futbolçularıma sakit və təmkinli olmağı tapşırdım. Qırmızı vərəqədən sonra iki qol vurduq və qalib gəldik. Bu qələbə çempionatda bizim üçün stimul ola bilər. Futbol səhvlər üzərində qurulub. Hər komandanın özünə görə boşluqları var. Müdafiə xəttimizdə boşluqlar hiss olunur. Bunu aradan qaldıracağıq. “Turan Tovuz”la oyunda 1:0 hesabı ilə öndə olanda rəqibin qol imkanı yox idi. Yenə zədəli futbolçumuz oldu. Yekunda matçı məğlub başa vurduq”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, görüş “Karvan-Yevlax”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
