“Şamaxı”nın legioneri “Qarabağ”la oyunlarından danışdı

Xəbərlər
29 Oktyabr 2025 18:08
45
“Şamaxı”nın legioneri “Qarabağ”la oyunlarından danışdı

“Çətin liqadır. Burada oynadığıma görə şadam”.

Bu sözləri “Şamaxı”nın müdafiəçisi David Santos açıqlamasında deyib.

Braziliyalı futbolçu komandasının Misli Premyer Liqasının IX turunda “Qarabağ”la səfər matçında əldə edilən 0:0 hesablı nəticəni dəyərləndirib:

"Maraqlı və çətin oyun idi. Meydana son saniyəyə kimi mübarizə apardıq. “Qarabağ”la səfərdə bir xal qazandığımıza görə şadıq. Fikrimcə, yaxşı nəticədir. Komandamla qürur duyuram”, - deyə müdafiəçi sportal.az-a bildirib.

Mövsümün əvvəlində “Şamaxı”ya keçmiş 24 yaşlı futbolçu Premyer Liqamızın səviyyəsindən danışıb. Ölkəmizə gələnə qədər Portuqaliya və Braziliyada oynamış Santosun fikrincə, Azərbaycan çempionatı yetərincə yaxşı liqadır:

"Azərbaycan Premyer Liqası haqda ümumilikdə xoş fikirdəyəm. Məncə, liqanın səviyyəsi çox yüksəkdir. Çətin liqadır. Burada oynadığıma görə də şadam".

24 yaşlı müdafiəçi “Anapolis”, “Penafiel”, “Braqa”B, “Felqueyras”, “Montaleqre”, “Lus.Lurosa”, “Sportinq Kovilya” klublarında oynayıb və mövsümün sonuna qədər “Şamaxı”ya məxsusdur.

İdman.Biz