Trent Aleksandr-Arnold Yamayka üçün dua çağırışı edib

Xəbərlər
29 Oktyabr 2025 10:28
33
Trent Aleksandr-Arnold Yamayka üçün dua çağırışı edib

Karib hövzəsində 5-ci dərəcəli “Melissa” qasırğası dağıntı təhlükəsi yaradır.

İdman.Biz xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Trent Aleksandr-Arnold Yamaykada və bütün Karib regionunda təsirini göstərən “Melissa” qasırğası ilə bağlı paylaşım edib.

Futbolçu sosial şəbəkə hesabında zərər çəkən insanlar üçün dua çağırışı ünvanlayıb.

Qasırğa Saffir-Simpson şkalası üzrə maksimum dərəcəyə çatıb. Küləyin sürəti 282 km/saat-a qədər yüksəlib. Adada ciddi dağıntı və humanitar riskin yarandığı bildirilir.

Aleksandr-Arnold qeyd edib ki, insan həyatı və təhlükəsizliyi idmandan daha önəmlidir.

İdman.Biz