“Kəpəz”in baş məşqçisi: “Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq”

Xəbərlər
28 Oktyabr 2025 17:57
39
“Kəpəz”in baş məşqçisi: “Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını Misli Premyer Liqasının oyunlarında daha yaxşı vəziyyətdə görmək istəyir.

İdman.Biz xəbər verir ki, bunu “sarı-göylər”in baş məşqçisi özü “Ağstafa Gəncləri” komandası ilə Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, kubok matçında əsasən gənc futbolçulara şans verməsinin səbəblərindən danışıb: “Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

Qeyd edək ki, “Kəpəz” - “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

İdman.Biz