“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA əmsalını artırıb

14 Avqust 2026 09:25
126
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA əmsalını artırıb

“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su üzərində qazandığı qələbə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə də təsir edib.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda 2:0 hesablı qələbəsi ölkənin cari UEFA əmsalına 0,500 xal əlavə edib.

Bununla Azərbaycan 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. Ölkəmizin qonşuluğunda Sloveniya 22,718 əmsalla 25-ci, Slovakiya isə 20,500 əmsalla 27-ci yerdədir.

Beləliklə, Azərbaycan 25-ci pillədəki Sloveniyadan 1,031 xal geri qalır, 27-ci pillədəki Slovakiyanı isə 1,187 xal qabaqlayır.

Qeyd edək ki, UEFA ölkə reytinqi klubların avrokuboklardakı nəticələri əsasında hesablanır və reytinqdə son beş mövsümün göstəriciləri nəzərə alınır.

Reytinqə 101,852 əmsalla İngiltərə başçılıq edir.

İdman.Biz
Məqalədə: