Dani Karvahal əməliyyat edilib

28 Oktyabr 2025 18:47
295
Dani Karvahal əməliyyat edilib

İspaniyanın “Real”(Madrid) klubunun kapitanı Dani Karvahal əməliyyat edilib.

İdman.Biz xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı müdafiəçi sağ dizindən cərrahi əməliyyat olunub.

Onun ilin sonunadək yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, “Real”(Madrid) X turda “Barselona”nı 2-1 hesabı ilə məğlub etdiyi oyunda Dani Karvahal ikinci hissədə meydana daxil olmuşdu.

İdman.Biz
Məqalədə: