“İnter”in qapıçısı 81 yaşlı kişinin ölümünə səbəb oldu

Xəbərlər
28 Oktyabr 2025 16:04
43
“İnter”in qapıçısı 81 yaşlı kişinin ölümünə səbəb oldu

“İnter” klubunun qapıçısı Josep Martines avtomobil qəzası törədib.

İdman.Biz xəbər verir ki, hadisə bu gün səhər saatlarında Komo vilayətində, “İnter”in məşq bazası yaxınlığında baş verib.

Martinesin idarə etdiyi avtomobil elektrikli əlil arabası ilə hərəkət edən 81 yaşlı kişiyə çarpılıb.

Hadisə yerinə təcili yardım və helikopter göndərilsə də, yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Polis qəzanın səbəblərini araşdırır. İlkin ehtimala görə, kişi qəfil halının pisləşməsi səbəbindən yola çıxıb.

Martines dərhal maşını saxlayaraq yaralıya ilkin tibbi yardım göstərib. Faciədən sonra “İnter” baş məşqçi Kristian Xivunun bu günə planlaşdırılmış mətbuat konfransını ləğv edib.

İdman.Biz