“Bizim üçün çətin oyun oldu”.
Bunu “Şamaxı”nın futbolçusu David Santos sport24.az-a açıqlamasında deyib.
Müdafiəçi səfərdə “Qarabağ”la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının IX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Bizim üçün yaxşı nəticə idi. Komandamla qürur duyuram”.
Braziliyalı oyunçu əvvəlki turda “Kəpəz” uduzduqları (1:4) görüş haqqında da danışıb: “Qarşılaşmaya necə başlamaqdan çox şey asılıdır. “Kəpəz”lə görüşə daha rahat başlamışdıq. “Qarabağ”la matça daha ciddi hazırlaşmışdıq və məsuliyyətli idik. Bu, oyuna yanaşma ilə bağlı məqamdır”.
Santos son olaraq Misli Premyer Liqasının səviyyəsi haqqında xoş ifadələr səsləndirib: “Çempionatın səviyyəsi yüksəkdir. Çətin liqadır”.
