Rusiya Premyer Liqasının təmsilçisi “Soçi” klubunda “Axmat”la oyun öncəsi maraqlı hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, matçdan əvvəl komandanın futbolçularını qorxudanlar qarşı tərəf deyil, elə öz rəhbərləri olub.
Məlumata görə, klubun baş direktoru Vladimir Novikov oyunçulara xəbərdarlıq edib ki, əgər Qroznıda “Axmat” üzərində qələbə qazanmasalar, növbəti səfərə — “Orenburq”a (2208 km məsafə) “QAZel”lə gedəcəklər.
Bu təhdid real olmasa da, baş məşqçi Aleksandr Osinkinin oyun tapşırıqları ilə birlikdə komanda üçün motivasiya rolunu oynayıb.
Nəticədə “Soçi” cari mövsümdə Rusiya Premyer Liqasında həm ilk səfər, həm də ümumilikdə ikinci qələbəsini qazanaraq 8 xalla birbaşa aşağı liqaya düşmə zonasını tərk edib və 14-cü pilləyə yüksəlib.
