“Axmat” və “Soçi” futbolçuları arasında kütləvi dava - VİDEO

Xəbərlər
28 Oktyabr 2025 15:24
52
“Axmat” və “Soçi” futbolçuları arasında kütləvi dava - VİDEO

Rusiya Premyer Liqasının təmsilçiləri “Axmat” və “Soçi” futbolçuları kütləvi dava saldı.

İdman.Biz xəbər verir ki, qarşılaşma (2:4) bitməzdən az əvvəl “Soçi”nin serbiyalı müdafiəçisi Nikola Stoiç mərkəzdə “Axmat”ın hücumçusu Aleksandr Melkadzeni itələyib.

Bundan sonra Qroznı təmsilçisi “Axmat”ın oyunçuları və heyət üzvləri rəqib futbolçuya hücum çəkiblər.

“Axmat” əməkdaşlarından biri Nikola Stoiçi yaxasından tutaraq yerə yığıb. Serbiyalı müdafiəçi meydanı gözü altı şişmiş halda tərk edib.

İdman.Biz