Braziliyada azarkeşləri daşıyan avtobus qəzaya düşdü, yaralılar var - FOTO/VİDEO

Xəbərlər
28 Oktyabr 2025 10:56
46
Braziliyada azarkeşləri daşıyan avtobus qəzaya düşdü, yaralılar var - FOTO/VİDEO

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərini daşıyan avtobus qəza keçirib.

İdman.Biz “O Globo” nəşrinə istinadən xəbər verir ki, hadisə Rio-de-Janeyronun mərkəzində baş verib.

Azarkeşlər Libertadores Kubokunun yarımfinal mərhələsinin ikinci oyunu üçün Buenos-Ayresə “Rasinq” klubuna qarşı matça yollanırdılar.

Qəza nəticəsində 4 sərnişin ağır, 10 nəfər orta, 32 nəfər isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün vəziyyəti olduqca ağırdır.

Bildirilib ki, hadisədən əvvəl avtobusda azarkeşlər arasında oğurluq səbəbindən dava düşüb.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Olavyo Juninyo “Flamenqo”da çıxış edir.

İdman.Biz