AFFA Rusiya klubunun futbolçusunu milliyə cəlb etmək üçün danışıqlar aparır - VİDEO

Xəbərlər
27 Oktyabr 2025 17:03
52
AFFA Rusiya klubunun futbolçusunu milliyə cəlb etmək üçün danışıqlar aparır - VİDEO

Rusiyanın “Dinamo” (Moskva) klubunda çıxış edən Ülvi Babayev Azərbaycan millisinə dəvət ala bilər.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, hazırda bu yöndə danışıqlar aparılır.

AFFA 21 yaşlı hücumçunun yığmada çıxış etməsi üçün çalışır.

Qeyd edək ki, Ülvi Babayev “Dinamo”nun Rusiya Kubokunda “Krilya Sovetov”la keçirdiyi matçda het-trik edib.

İdman.Biz