Türkiyə futbolunda qalmaqal: 371 hakimin mərc oynadığı təsdiqləndi

Xəbərlər
27 Oktyabr 2025 18:11
37
Türkiyə futbolunda qalmaqal: 371 hakimin mərc oynadığı təsdiqləndi

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc platformalarında qeydiyyatının olduğunu açıqlayıb.

İdman.Biz “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Hacıosmanoğlu qeydiyyatdan keçmiş hakimlərin 152-nin aktiv şəkildə mərc oynadığını bildirib.

Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında, “bu məsələ ilə bağlı hakimləri qısa müddət ərzində İntizam Komitəsinə göndərəcəyik. Qaydalar nə tələb edirsə, o da tətbiq olunacaq”, - deyə bildirib.

Qeyd edək ki, TFF-nin Futbol üzrə İntizam Qaydalarının 57-ci maddəsində futbolla əlaqəsi olan şəxslərin birbaşa və ya dolayı şəkildə mərc etməsi qadağan edilir.

Qaydanı pozan şəxslər üç aydan bir ilə qədər yarışlardan kənarlaşdırma və ya fəaliyyət hüququndan məhrumetmə ilə cəzalandırılır.

İdman.Biz