“Sabah”la oyun “Araz-Naxçıvan”ın futbolçusu üçün əlamətdar olub

Xəbərlər
27 Oktyabr 2025 11:19
35
“Sabah”la oyun “Araz-Naxçıvan”ın futbolçusu üçün əlamətdar olub

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/21 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə səkkiz qola sevinib, “Araz-Naxçıvan”da isə səkkiz matçda iştirak edib.

İdman.Biz