İspaniya La Liqasının 10-cu turunda El Klasikonun - “Real” – “Barselona” oyununun sonunda futbolçular arasında insident baş verib.
İdman.Biz xəbər verir ki, final fitinə az qalmış texnini zonada gərginlik yaranıb.
Toqquşmanın fəal iştirakçıları “Barselona”nın yarımmüdafiəçisi Rafinya və “Real”ın hücumçusu Vinisius Junior olub.
Matç başa çatandan sonra kütləvi qarşıdurma meydanda da davam edib. Lakin insident əlbəyaxa dava səviyyəsinə çatmayıb.


View this post on Instagram
