“Fənərbaxça” mövsümdə ilk dəfə zədəsiz heyətlə meydana çıxacaq

Xəbərlər
26 Oktyabr 2025 21:23
35
“Fənərbaxça” mövsümdə ilk dəfə zədəsiz heyətlə meydana çıxacaq

Türkiyə Superliqasının X turunda “Fənərbaxça” səfərdə “Qaziantep FK” ilə qarşılaşacaq.

İdman.biz-in türk mediasına istinadən məlumatına görə, bu oyun İstanbul klubunun mövsümdə ilk dəfə tam heyətlə - yəni zədəsi olmayan futbolçularla meydana çıxacağı görüş olacaq.

Komandanın kapitanı Mert Hakan Yandaş tam sağalaraq kollektivə qayıdıb. Avropa Liqasında “Ştutqart”la (1:0) matçının sonunda meydana daxil olan hücumçu Con Düran isə qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayacaq. Baş məşqçi Domeniko Tedeskonun ikinci hissədə ona daha çox oyun vaxtı verməsi gözlənilir.

Qeyd edək ki, 9 turdan sonra “Fənərbaxça” 19 xal toplayaraq turnir cədvəlində 3-cü yerdə qərarlaşıb və lider “Qalatasaray”dan 6 xal geri qalır.

İdman.Biz