"Kayrat" ardıcıl ikinci dəfə Qazaxıstan çempionu oldu

Xəbərlər
26 Oktyabr 2025 18:24
42
"Kayrat" ardıcıl ikinci dəfə Qazaxıstan çempionu oldu

Almatı təmsilçisi “Kayrat” Qazaxıstan Premyer Liqasının 2025-ci il mövsümündə yenidən çempionluğa nail olub.

İdman.Biz xəbər verir ki, son - 26-cı turda Rafael Urazbaxtinin komandası “Astana” ilə 1:1 hesablı heç-heçə edərək titulu qoruya bilib.

“Astana” 14-cü dəqiqədə Marin Tomasovun qolu ilə hesabı açsa da, ikinci hissədə 17 yaşlı hücumçu Dastan Satpayev 55-ci dəqiqədə tarazlığı bərpa edib.

Mövsümün yekun cədvəlinə əsasən, “Kayrat” 59 xalla birinci yeri tutub, “Astana” 57 xalla ikinci, “Tobol” isə 54 xalla üçüncü olub.

Beləliklə, “Kayrat” ardıcıl ikinci mövsümdə ölkə çempionu adını qazanaraq Qazaxıstanın ən güclü klubu statusunu təsdiqləyib.

İdman.Biz