Misli Premyer Liqası: “Qəbələ” “Neftçi” ilə üz-üzə

Xəbərlər
26 Oktyabr 2025 09:40
37
Misli Premyer Liqası: “Qəbələ” “Neftçi” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasının IX turunun son iki oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşması Qəbələ şəhər stadionunda start götürəcək.

Meydan sahibləri "Neftçi"ni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. "Qəbələ" 5 xalla 10-cu, paytaxt təmsilçisi isə 9 xalla 9-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
I dövrə, IX tur
26 oktyabr
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0), "Zirə" "Sumqayıt"ı (1:0)məğlub edib. "Araz Naxçıvan" - "Sabah" matçı isə heç-heçə yekunlaşıb.

İdman.Biz