Xabi Alonso: “Arda gəncdir, amma artıq böyük oyunçudur”

Xəbərlər
24 Oktyabr 2025 09:40
32
Xabi Alonso: “Arda gəncdir, amma artıq böyük oyunçudur”

Madridin “Real” klubunu baş məşqçisi Xabi Alonso komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güleri “Liverpul”un yarımmüdafiəçisi Florian Virtslə müqayisə edib.

İdman.Biz xəbər verir ki, ispan mütəxəssisin fikirlərini AS agentliyi dərc edib.

“Mən onun irəliləyişindən çox razıyam, amma daha çoxunu istəyirik. Virts də “Bayer”də də belə idi. O gəncdir, amma artıq böyük oyunçudur” - deyə İspan mütəxəssis qeyd edib.

Məlumat üçün qeyd edək ki, A. Güler bu mövsüm “Real”(Madrid) heyətində 18 qarşılaşmada meydana çıxıb, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib. 20 yaşlı futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

İdman.Biz