“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə oynadıqları matçdakı hərəkətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, epizod zamanı futbolçu hücumu sona qədər oynamayıb, əvəzində komanda yoldaşına etiraz edib.
“Qarabağ”ın baş məşqçi Qurban Qurbanovun bu vəziyyətə reaksiyası isə kameralara düşüb və sosial şəbəkədə geniş rezonans doğurub.
İzləyicilər Qurbanovun sərt reaksiyasını haqlı sayaraq, bu səviyyədə - xüsusən də Çempionlar Liqasında - belə davranışın qeyri-peşəkar olduğunu qeyd ediblər.
Xatırladaq ki, “Atletik” - “Qarabağ” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.