“Şahdağ Qusar”ın futbolçusu sentyabrın ən yaxşı qoluna görə təltif olundu

Xəbərlər
23 Oktyabr 2025 15:14
43
“Şahdağ Qusar”ın futbolçusu sentyabrın ən yaxşı qoluna görə təltif olundu

Azərbaycan I Liqasında ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

İdman.Biz Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Şahdağ Qusar”ın oyunçusu Ruslan Voronsova VI turda “Cəbrayıl”la oyundan əvvəl mükafat təqdim olunub.

Futbolçunu PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təltif edib.

İdman.Biz