Süperkompüter ÇL-in əsas favoritini açıqladı – Bu nə “Real”, nə “Barselona”, nə də “Bavariya”dır

Xəbərlər
23 Oktyabr 2025 13:30
45
Süperkompüter ÇL-in əsas favoritini açıqladı – Bu nə “Real”, nə “Barselona”, nə də “Bavariya”dır

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra Opta şirkətinin süperkompüteri turnirin favoritlərini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, təhlillərə əsasən, bu mövsümün əsas favorit klubu London “Arsenal”ı hesab olunur.

Mikel Artetanın komandası üçün Çempionlar Liqasını qazanma ehtimalı 21,13 faiz qiymətləndirilib.

Keçən mövsümün qalibi PSJ-nin çempionluq şansı 14,03 faiz, “Liverpul”un isə 12,31 faiz olaraq göstərilib.

Xatırladaq ki, ötən mövsümün finalında PSJ “İnter”i 5:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazanmışdı.

İdman.Biz