Ronaldu karyerası ilə bağlı qərarını mövsümün sonunda verəcək

26 Noyabr 2026 23:21
56
Ronaldu karyerası ilə bağlı qərarını mövsümün sonunda verəcək

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərar verməyə tələsmir.

İdman.Biz xəbər verir ki, səudiyyəli jurnalist Əbdüləziz əl-Osaymi bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.

41 yaşlı hücumçu yaxınlarına bildirib ki, karyerasını davam etdirmək, yoxsa futbolla vidalaşmaq barədə qərarını cari mövsümün sonunda verəcək.

Portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda çıxış edən Ronaldu karyerası ərzində klub və milli komanda səviyyəsində 987 qol vurub.

İdman.Biz