“Atalar üçdən deyib, “Qarabağ” qələbə qazanacaq” - Mariya Stadnik İDMAN.BİZ-ə proqnozunu açıqladı

Müsahibə
22 Oktyabr 2025 19:05
52
“Atalar üçdən deyib, “Qarabağ” qələbə qazanacaq” - Mariya Stadnik İDMAN.BİZ-ə proqnozunu açıqladı

“Atletik” – “Qarabağ” oyununun başlanmasına cəmi bir neçə saat qalıb və bu qarşılaşma ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Qadın güləşinin canlı əfsanəsi, Olimpiya oyunlarının dördqat mükafatçısı, ikiqat dünya və onqat Avropa çempionu Mariya Stadnik İdman.Biz-ə Çempionlar Liqası oyunu ilə bağlı proqnozunu açıqlayıb.

“Bu, hər iki komanda üçün çox çətin oyun olacaq, çünki “Atletik” ilk iki matçını uduzub, “Qarabağ” isə, bildiyiniz kimi, əksinə, ilk iki qarşılaşmada qalib gəlib. Amma necə deyərlər, atalar üçdən deyib. Mən düşünürəm ki, “Atletik” İspaniyada uduzacaq, “Qarabağ” isə növbəti - üçüncü dəfə Çempionlar Liqasında qalib gələcək! Dəqiq desəm, mən “Qarabağ”ın 2:1 hesablı qələbəsinə inanıram”, – deyə M. Stadnik vurğulayıb.

Vüqar Vüqarlı

İdman.Biz