Braziliyanın gənc futbolçusu Antoni İlano faciəli şəkildə həyatını itirib.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, “Piauí” klubunun gənclər komandasında çıxış edən 20 yaşlı idmançı atasının doğum günü faciəli şəkildə vəfat edib.
O, ad günü tədbirindən motosikletlə evə qayıdarkən qarşısına çıxan inəyə çırpılıb. Zərbənin gücündən futbolçu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Braziliya futbol klubları və idman ictimaiyyəti gəncin ailəsinə və yaxınlarına başsağlığı veriblər. Antoni İlano regionun ən ümidverici gənc oyunçularından biri hesab olunurdu və mütəmadi olaraq gənclər liqasında çıxış edirdi.