“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

22 Oktyabr 2026 18:43
105
“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

Türkiyənin “Beşiktaş” futbol klubunun baş məşqçisi Vinçentso İtalyano UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda İngiltərənin “Kristal Palas” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl heyətdə rotasiya edəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis futbolçuların yorğunluğunu nəzərə alaraq start heyətində dəyişikliklər etməyi planlaşdırır.

“Komandada müəyyən yorğunluq var. Buna görə də start heyətində dəyişikliklər olacaq. Meydana fiziki cəhətdən daha yaxşı vəziyyətdə olan futbolçular çıxacaqlar.

Bizi nə qədər çətin oyunların gözlədiyini anlayırıq. Qarşımıza İngiltərə Premyer Liqasının təmsilçisi, Konfrans Liqasının son qalibi çıxacaq. Amma bu görüşdə xal qazanmalıyıq. İlk səkkizlikdə yer almaq üçün ciddi çalışmalıyıq”, - deyə İtalyano vurğulayıb.

Qeyd edək ki, “Beşiktaş” - “Kristal Palas” qarşılaşması bu gün İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz