Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi - Foden rəqiblərini qabaqladı

22 Oktyabr 2026 18:56
112
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi - Foden rəqiblərini qabaqladı

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunun ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, ingiltərəli oyunçu azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən bu mükafata layiq görülüb.

Foden mükafat uğrunda mübarizədə “Komo”nun yarımmüdafiəçisi Niko Pası, “Liverpul”un futbolçusu Rio Nqumoanı və “Napoli”nin təmsilçisi Skott Maktomineyi qabaqlayıb.

26 yaşlı yarımmüdafiəçi oktyabrın 20-də AEK-ə qarşı keçirilən və “Mançester Siti”nin 5:1 hesablı qələbəsi ilə başa çatan görüşdə het-trik edib, həmçinin bir məhsuldar ötürmə verib.

Foden həmin qarşılaşmanın da ən yaxşı futbolçusu seçilib. O, Çempionlar Liqasında bir matçda üç qol vurub məhsuldar ötürmə edən üçüncü ingiltərəli oyunçu olub. Daha əvvəl Ueyn Runi və Rahim Sterlinq bu nəticəyə imza atıblar.

Qeyd edək ki, Foden cari mövsüm Çempionlar Liqasında üç qol vurub.

İdman.Biz