Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının tarixi rəsmən açıqlandı

22 Oktyabr 2026 19:51
131
Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının tarixi rəsmən açıqlandı

FIFA Şurası Bürosunun bu gün keçirilən iclasında Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi 20 yaşadək futbolçular arasında dünya çempionatının tarixi rəsmən açıqlanıb.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, FIFA U-20 Dünya Çempionatı 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək.

Turnirdə 24 milli komanda iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatının rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Yarışın “Bu oyun sənlikdir” şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

Turnirin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında və Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya vasitəsilə nümayiş etdirilib.

Dünya çempionatının oyunlarını stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA-nın rəsmi saytında qeydiyyatdan keçə bilərlər.

İdman.Biz