Azərbaycanın qadın FIFA hakiminə UEFA-dan üç oyunluq təyinat

22 Oktyabr 2026 19:47
90
Azərbaycanın qadın FIFA hakiminə UEFA-dan üç oyunluq təyinat

Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən beynəlxalq futbol oyunlarına təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, Gürcüstanda keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki qarşılaşmanın baş hakimi olacaq.

Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan görüşlərini idarə edəcək.

Azərbaycanlı referi oktyabrın 28-də keçiriləcək Uels - Gürcüstan matçında isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Digər Azərbaycan təmsilçisi Günlürə Əkbərzadə hər üç qarşılaşmada köməkçi hakim olacaq.

İdman.Biz