“Barselona”nın futbolçuları La Liqada “Real Madrid”lə keçiriləcək prinsipial qarşılaşmaya hazırlıq üçün istirahət günündən imtina ediblər.
İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik komandasına istirahət versə də, Lamin Yamal, Pedri, Fermin Lopes və Xavi Espart oktyabrın 22-də “Joan Qamper” idman kompleksinə gələrək fərdi məşqlərini davam etdiriblər.
Bundan başqa, zədəli futbolçulardan bir neçəsi də bazaya gələrək bərpa proqramı üzrə çalışmalarını davam etdirib.
Flik bu qərarı komandanın Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə keçirdiyi görüşdən sonra verib. Kataloniya təmsilçisi Parisdən çərşənbə günü səhər saat 03:30 radələrində qayıdıb. Futbolçular həmin gün bərpa məşqi keçiblər.
“Barselona” oktyabrın 23-də kollektiv məşqlərə qayıdacaq. Komanda oktyabrın 25-də La Liqa çərçivəsində “Real Madrid”lə qarşılaşacaq.
