“Qızıl top”un əsas namizədi müəyyənləşdi - Keyn sorğuda Yamal və Mbappeni qabaqladı

22 Oktyabr 2026 20:05
96
“Qızıl top”un əsas namizədi müəyyənləşdi - Keyn sorğuda Yamal və Mbappeni qabaqladı

Futbol üzrə 2026-cı ilin “Qızıl top” mükafatına əsas namizədlərlə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb.

İdman.Biz The Athletic nəşrinə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 100 futbol nümayəndəsinin iştirak etdiyi səsvermədə “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 1103 xalla birinci yeri tutub.

Sorğuda futbolçular, məşqçilər, menecerlər, idman direktorları, skautlar, klub prezidentləri və digər rəhbər şəxslər iştirak ediblər.

“Barselona”nın futbolçusu Lamin Yamal 991 xalla ikinci, “Real Madrid”in hücumçusu Kilian Mbappe isə 728 xalla üçüncü olub.

Sorğunun ilk onluğu:

Harri Keyn (“Bavariya”) - 1103 xal

Lamin Yamal (“Barselona”) - 991 xal

Kilian Mbappe (“Real Madrid”) - 728 xal

Maykl Olise (“Bavariya”) - 646 xal

Lionel Messi (“İnter Mayami”) - 498 xal

Rodri (“Barselona”) - 481 xal

Xviça Kvaratsxeliya (PSJ) - 401 xal

Erlinq Holand (“Mançester Siti”) - 353 xal

Usman Dembele (PSJ) - 320 xal

Cud Bellinqem (“Real Madrid”) - 292 xal

Qeyd edək ki, bu nəticələr The Athletic-in keçirdiyi müstəqil sorğunu əks etdirir və “Qızıl top” mükafatının rəsmi səsverməsi deyil. Mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə məlum olacaq.

İdman.Biz