Argentina millisi Skaloni ilə razılıq əldə etdi

22 Oktyabr 2026 18:23
100
Argentina millisi Skaloni ilə razılıq əldə etdi

Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2030-cu il dünya çempionatına qədər vəzifəsində qalmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, 48 yaşlı mütəxəssislə Argentina Futbol Assosiasiyası (AFA) arasında müqavilənin uzadılması barədə razılıq əldə olunub.

Məlumata görə, tərəflər ilkin olaraq 2028-ci ilə qədər nəzərdə tutulan ikiillik müqavilə imzalayacaqlar. Sənəddə əməkdaşlığın 2030-cu ilin yayına qədər uzadılması imkanı da yer alacaq.

Hazırda müqavilənin son detalları üzərində iş aparılır. Argentina Futbol Assosiasiyası hələlik razılaşmanı rəsmən elan etməyib.

Qeyd edək ki, Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissima turnirini və Qətərdə keçirilən dünya çempionatını qazanıb.

Argentina yığması 2026-cı il dünya çempionatında da finala yüksəlib. Lakin həlledici qarşılaşmada İspaniyaya məğlub olaraq gümüş medalla kifayətlənib.

Skaloninin hazırkı müqaviləsinin müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

İdman.Biz