Fermin Lopes Çempionlar Liqasında “Barselona”nın heyətində unikal nəticəyə imza atıb

Xəbərlər
22 Oktyabr 2025 12:54
39
Fermin Lopes Çempionlar Liqasında “Barselona”nın heyətində unikal nəticəyə imza atıb

Ötən gecə Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turunda baş tutan “Barselona”-“Olimpiakos” oyunu (6:1) kataloniyalıların yarımmüdafiəçisi Fermin Lopes üçün əlamətdar olub.

İdman.Biz “OptaJose” portalına istinadən xəbər verir ki, İspaniya milli komandasında yarımmüdafiəçi “Olimpiakos”un qapısına üç qol vurmaqla Çempionlar Liqasında “Barselona”nın heyətində het-trikə imza atan ilk ispan kimi tarixə düşüb.

Məlumat üçün əlavə edək ki, “Barselona”nın heyətində fərqlənən digər futbolçular Markus Raşford(dubla imza atıb) və Lamin Yamal olub. Yunanların heyətində isə yeganə qolu mərakeşli Əyyub əl-Kabi vurub.

İdman.Biz