Seneqallı qapıçı insan alveri ilə məşğul olan dəstə tərəfindən öldürülüb

Xəbərlər
20 Oktyabr 2025 14:34
38
Seneqallı qapıçı insan alveri ilə məşğul olan dəstə tərəfindən öldürülüb

18 yaşlı seneqallı qapıçı Şeyx Ture Qanada faciəli şəkildə həlak olub.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu bu ölkəyə guya peşəkar kluba transfer olunmaq və baxışda iştirak etmək məqsədilə dəvət olunub.

Lakin məlum olub ki, onu aldadanlar futbolla heç bir əlaqəsi olmayan, insan alveri ilə məşğul olan dəstə imiş.

Cinayətkar qrup Şeyx Tureyi qaçıraraq ailəsindən pul tələb edib. Yaxınları tələb olunan məbləği ödəyə bilmədiyi üçün gənc futbolçu öldürülüb.

İdman.Biz

Məqalədə: