İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.
İdman.Biz UEFA-ya istinadla xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Igor Pajac olacaq.
Qeyd edək ki, “Atletik” - “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.