“Doğru qidalanan futbolçu daha az yorulur, daha tez bərpa olunur və daha uzun müddət yüksək səviyyədə çıxış edə bilir”.
İdman.Biz xəbər verir ki, bu sözləri “ASAN” TV “YouTube” kanalına müsahibəsində “Qarabağ” klubunun diyetoloqu İlqar Şamilov deyib.
Diyetoloq hazırda Çempionlar Liqasında çıxış edən klubumuzun yemək rasionu, komandanının menyusu, ayrı-ayrı futbolçuların kaprizləri barədə maraqlı açıqlamalar verib.
“Futbolçularımız arasında ən kaprizli Bəhlul Mustafazadədir. Yeməyin təqdimatını xoşlamasa, onu bəyənmir. Yerli futbolçular fastfudu daha çox sevirlər. Nəriman Axundzadə ilə Toral Bayramov isə ləvəngini daha çox sevirlər, hətta xarici futbolçulara ləvəngini dadmağı təkid edirlər”, - diyetoloq qeyd edib.
Müsahibənin tam variantını təqdim edirik: