Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Qarabağ” problemi həll etdi, onlar da İspaniyaya gedir - İdman və Biz

“Qarabağ” problemi həll etdi, onlar da İspaniyaya gedir

Xəbərlər
20 Oktyabr 2025 10:12
49
“Qarabağ” problemi həll etdi, onlar da İspaniyaya gedir

“Qarabağ” klubunun U-19 komandasının yeni transferləri Muyideen Olude və Toheeb Abiodun viza problemləri həll edilib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, nigeriyalı futbolçular İspaniyada “Atletik”ə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının matçında komandalarına kömək edə biləcəklər.

Sentyabrda heyətə cəlb edilən oyunçular vizaları hazır olmadıqları üçün Portuqaliyada “Benfika”nın U-19 kollektivi (1:7) ilə görüşdə iştirak etməmişdilər. Əvəzində hər ikisi Bakıda Danimarkanın “Kopenhagen” klubunun U-19 komandası ilə matçda (0:5) meydana çıxıblar.

Qeyd edək ki, U-19 oktyabrın 22-də “Atletik”lə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

İdman.Biz