“Neftçi”nin futbolçusu: “Rəqib buna imkan vermirdi”

Xəbərlər
20 Oktyabr 2025 09:22
37
“Neftçi”nin futbolçusu: “Rəqib buna imkan vermirdi”

“Yaxşı və çətin oyun alındı”.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu İfeanyi Metyu deyib.

Yarımmüdafiəçi “Araz-Naxçıvan”la heç-heçə etdikləri Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Qol imkanları da əldə etdik. Amma yararlana bilmədik. Düşünürəm ki, komandamız yaxşı çıxış etdi”.

Bakı təmsilçisinə yeni qoşuçan nigeriyalı oyunçu görüşün sonunda tempin aşağı düşdüyünü söyləyib:

“Biz tempi yuxarı səviyyədə saxlamağa çalışırıq. Amma rəqib buna imkan vermirdi. Onlar cərimələr edirdi və ya yerə yıxılırdılar”.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz