İspaniya La Liqasının 9-cu turu çərçivəsində “Selta” “Real Sosyedad”ı qəbul edib.
İdman.biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Pablo Duran 20-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxarıb. Karl Starfeltin qırmızı vərəqə alması qonaqları azlıqda qoyub.
Görüşün sonlarına doğru “Real Sosyedad” hesabı bərabərləşdirib - Karlos Soler 89-cu dəqiqədə fərqlənib.
Bu nəticədən sonra “Real Sosyedad” 6 xalla La Liqada 18-ci, “Selta” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.
La Liqanın digər oyununda isə “Elçe” - “Atletik” Bilbao matçı qolsuz bərabərliklə başa çatıb - 0:0.